Şamaxı – Bakı qaçışı Qələbənin ildönümünə həsr olunub
Bakı Marafon Klubunun üzvü Rəhman Nəcəfov iki qaçışçı ilə birlikdə Şamaxı şəhərindən Bakıya qədər məsafəni qaçaraq qət edib.
Marşrutun uzunluğu 105 km olub və əsasən təpəlik ərazidən keçib.
Qaçışçılar bu marafonu ölkəmizin Vətən müharibəsində qazandığı Qələbənin 5-ci ildönümünə həsr ediblər.