Velolider – Azərbaycanda velosiped sahəsində fəaliyyət göstərən, satış, texniki xidmət və idman tərzin inkişafı istiqamətində çalışan şirkətdir. Şirkətin təməli 2008-ci ildə balaca qarajda velosiped təmiri ilə fəaliyyətə başlayan Vüqar Salahov və onun komandasının təşəbbüsü ilə qoyulmuşdur. Zaman keçdikcə onların peşəkarlığı, işə olan bağlılıq və keyfiyyətə verdiyi önəm Velolideri ölkədə tanınan və etibar edilən bir brendə çevirib.
Şirkət şəhər, dağ, yol, uşaq və elektrik velosipedlərinin satışı ilə yanaşı, ehtiyat hissələri, aksesuarlar və qoruyucu avadanlıqların təminatını həyata keçirir. Servis mərkəzi velosipedlərin sazlanması, təmiri və profilaktik baxışı üzrə xidmət göstərir. Velolider Specialized, Cannondale, Bianchi kimi dünyaca məşhur brendlərlə əməkdaşlıq edərək müştərilərinə beynəlxalq standartlara uyğun, seçilmiş velosiped modelləri təqdim edir.
Bu gün Velolider yalnız satış və servis xidməti ilə kifayətlənmir. Şirkət həm də ölkədə müxtəlif velosiped yarışlarının təşkilatçısı kimi çıxış edir və digər böyük yarışlarda aktiv iştirakçı olaraq velosportun inkişafında mühüm rol oynayır.